AMEA-nın Şəki Regional Elm MərkəziN.Tusi adına Şamaxı Astrofizika RəsədxanasıHüseyn Cavidin Ev MuzeyiDilçilikƏlyazmalarŞərqşünaslıqTarixMemarlıq və İncəsənətArxeologiya və EtnoqrafiyaFizika və Qafqazşünaslıq institutlarında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan anım tədbirləri, konfranslar və "dəyirmi masa"lar keçirilib.

 

AMEA-dan verilən məlumata görə, tədbirlər Xocalı soyqırımında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Çıxışlarda qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan rəhbərliyi tərəfindən dövlət səviyyəsində insanlığa sığmayan cinayət törədilib. Vurğulanıb ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə blokadaya alınmış Xocalıda artilleriya və ağır hərbi texnikadan mülki insanlara atəş açılıb, şəhər yandırılıb. Hücum nəticəsində 63-ü körpə, 70-i ahıl, 106-sı qadın olmaqla 613 nəfərin qətlə yetirildiyi, 8 ailənin məhv edildiyi, 1275 sakinin əsir və girov götürülərək işgəncələrə məruz qaldığı bildirilib. Bundan əlavə, şəhərdəki tarixi abidələrin məhv edildiyi diqqətə çatdırılıb. Eyni zamanda 1 mart 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı faciəsi ilə bağlı xüsusi Fərmanın imzalandığı, Milli Məclisin qərarı ilə 26 fevralın "Xocalı soyqırımı və milli matəm günü" elan olunduğu qeyd edilib.

 

Son illərdə soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi tədbirlərdən danışan çıxışçılar, həmçinin "Xocalıya ədalət!" kampaniyasının önəminə toxunublar. Diplomatik fəaliyyət nəticəsində 2 ölkənin Xocalıda baş verənləri soyqırım, 11 ölkənin, o cümlədən ABŞ-ın 22 ştatının isə qətliam kimi tanıdığını söyləyiblər.

 

Çıxış edənlər Xocalı soyqırımının təşkilatçılarının və icraçılarının gec-tez layiqli cəzalarını alacaqlarını vurğulayıblar.

 

Samirə KƏRİMOVA