Bakı Avropa liseyində “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”na həsr olunan tədbir keçirilib. Lisey proqrama uyğun olaraq Norveçi təmsil edəcək. 
Qeyd edək ki,  “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”na uygun olaraq Bakı məktəbləri təhkim olunduqları Avropa ölkəsinin mədəniyyəti, tarixi, milli və müasir idman növlərini öyrənəcək, həmçinin qardaşlaşmış məktəblərə Azərbaycan mədəniyyəti, incəsənəti, idmanı haqqında məlumat vermək imkanı əldə edəcəklər.
Proqram çərçivəsində Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək ölkələrin məktəbləri ilə Bakı şəhərindən seçilmiş 49 ümumtəhsil müəssisəsi arasında əlaqələrin qurulması, məlumat mübadiləsinin aparılması nəzərdə tutulub.