Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan insanlarla ixtiraçıları əlaqələndirməkdir


Martın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) İsrail səfirliyinin “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi “TOM” (Tikkun Olam Makers) layihəsinin təqdimatı keçirilib.

 

Tədbiri giriş sözü ilə açan AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov innovativ ideyaların təhsil, sənaye və bütövlükdə cəmiyyətin inkişafına müsbət təsirindən danışıb. Azərbaycanda müxtəlif müəssisə və təşkilatlarda startap inkubasiya mərkəzlərinin yaradılması, startap mühitinin inkişaf etdirilməsi ilə bağlı qanunvericilikdə edilən dəyişikliklərə diqqət çəkən prorektor bildirib ki,  ölkəmizdə innovativ ideyaların dəstəklənməsi üçün dövlət tərəfindən mühüm addımlar atılmaqdadır. Professor Sübhan Namazov tələbələri formalaşmaqda olan startap mühitinə qoşulmağa və “TOM” layihəsində aktiv iştirak etməyə çağırıb. 

 

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nümayəndələri İradə Məmmədova və Fidan Tofidi çıxış edərək layihənin əsas məqsədi haqqında geniş məlumat veriblər. Bildirilib ki, layihənin əsas hədəfi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemləri üçün açıq həllər yaratmaq məqsədilə  ixtiraçılarla ehtiyac sahiblərini əlaqələndirməkdir. Qeyd olunub ki, potensial ixtiraçılara iştirak üçün qeydiyyatdan keçməyə mart ayının sonuna qədər vaxt veriləcək.

 

Çıxışlardan sonra layihə haqqında hazırlanan videoçarx izlənilib və qonaqlar tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Qeydiyyatdan keçmək isəyənlər “TOM”-un Azərbaycandakı və beynəlxalq veb saytından istifadə edə bilərlər:

 

 

Bölmənin digər xəbərləri