AMEA Naxçıvan Bölməsində


AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunub.

 

“İmaməddin Nəsimi-650” başlıqlı sərgidə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, “Azərbaycan klassik ədəbiyyatından seçmələr”, “İmaməddin Nəsimi seçilmiş əsərləri”, “Nəsimi divanının leksikası”, “Nəsimi”, “Dilin estetikası”, “Azərbaycan ədəbiyyatının qaynaqları”, “XIII-XIV əsrlər ana dilli lirik şeirimizin inkişaf yolu”, “Azərbaycan ədəbiyyatı: tarixi və problemləri”, “Evrene sığmayan ozan Nesimi” və digər bu qəbildən olan kitablar nümayiş olunur.

 

Sərgidə, həmçinin Nəsiminin şəxsiyyətindən, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsiyyətlərindən bəhs edən qəzet, jurnal və toplu materialları da ziyarətçilərin ixtiyarına verilib.