Aprelin 5-də müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə yekun vurulur. Mövzu ilə bağlı sizi maraqlandıran suallara bu gün saat 17:00-da canlı olaraq yayımlanacaq “Təhsil” televiziyasının “Təməl” verilişində cavab tapa bilərsiniz.  Veriliş nazirliyin saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq.

 

Verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovdur. Suallarınızı canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərsiniz.