“Məktəblinin dostu” layihəsinin əməkdaşlarının radio aparıcısı Tural Yusifov (Dj.Tural) və video blogger Sema Abiyeva ilə görüşü təşkil edilib.

“Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən görüşün təşəbbüskarı qonaqlar olub.

 

Layihənin tətbiq olunduğu 20 nömrəli məktəb-liseydə keçirilən görüş zamanı “Məktəblinin dostu” layihəsinin fəaliyyəti, layihənin tətbiq olunduğu məktəblər və iş prinsipi haqqında ətraflı məlumat verilib.

 

Görüşdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev və Psixoloji Mərkəzin psixoloqu Mehriban Verdiyeva qonaqların suallarını cavablandırıb. Görüş çərçivəsində mümkün əməkdaşlıq imkanları da müzakirə olunub.

 

Xatırladaq ki, Dj.Tural sosial şəbəkədəki hesabı vasitəsilə məktəblilərə psixoloji dəstəyin göstərilməsi ilə bağlı video müraciət yayımlayıb.

 

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir.

 

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

 

 


Bölmənin digər xəbərləri