“Hüquq və İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə (HİİB) Gəncə Dövlət Univeritetində (GDU) “Müraciətlərin verilməsi və baxılması” qaydaları əsasında “Sosial hüquqlarını bil!” mövzusunda seminar keçirilib.

 

Seminarda universitetin professor-müəllim heyəti, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, sosial sahədə çalışan yerli dövlət qurumlarının təmsiçiləri və ictimai fəal şəxslər iştirak ediblər.

 

GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, sosial hüquqlar insanın layiqli həyat şəraiti və sosial müdafiəsi ilə bağlı hüquqi təminatıdır. Dövlət insanların bu hüquqlarını təmin etməklə yanaşı, həm də əmək qabiliyyətini itirdikdə və digər bədbəxt hadisə hallarında onların sosial müdafiəsini həyata keçirir.

 

Tədbirdə “Hüquq və İnkişaf” İctimai Birliyinin təmsilçisi Asəf Əhmədov çıxış edib. Seminar iştirakçılarına “Müraciət hüquqları”, “Müraciətlərin növləri və formaları”, “Müraciətlərin baxılması qaydaları”, “Məhkəməyə müraciət qaydası”, “Ərizə və şikayətlərin nümunələri”, “Sosial hüquqlar nədir?”, “Tibbi-sosial yardım almaq hüququ”, “Əmək hüququ” və başqa bu kimi mövzularda mövzular ətrafında geniş məlumatlar verilib.

 

Çıxışlardan sonra mövzu üzrə suallar cavablandırılıb və müzakirələr aparılıb.

 

Seminarda iştirakçılara bu layihə çərivəsində çap olunmuş bukletlər və broşurlar paylanıb.