Azərbaycan Dövlət Neft və Sənaye Universitetində akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş“Gənc riyaziyyatçıların intellekt müsabiqəsi”nin final mərhələsi keçirilib.

 

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Məntiqi riyaziyyat” dərnəyinin üzvləri arasında 2 yaş qrupu (10-11 və 12-14 yaş qrupları) üzrə keçirilən müsabiqəyə 100-ə yaxın məktəbli qatılıb.

 

Müsabiqənin sonunda I, II, III yerlərin qalibləri diplom və hədiyyələrlə, fərqlənən dərnək üzvləri isə fəal iştirakına görə diplomla təltif olunublar.

 

Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev, həmin universitetin və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  əməkdaşları iştirak edib.