21-27 aprel 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində məktəblilərin 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) keçirilib.

 

28 ölkədən 152 nəfərin iştirak etdiyi olimpiadaya  Azərbaycan məktəbliləri də qatılıblar.  5 nəfərdən ibarət komanda ilə olimpiadada iştirak edən  məktəblilərimiz uğurla çıxış ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Əli Əliyev bürünc medala layiq görülüb.

 

Qeyd edək ki, 3 turdan ibarət olan olimpiadada şagirdlərə qeyri-üzvi, üzvi, analitik və  fiziki kimyanı əhatə edən suallar təqdim edilib.