Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Xəmsə” intellektual oyunları və Akademiyanın Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Xəmsə” intellektual bilik yarışı keçirilib. Bilik yarışının təşkil olunmasında əsas  məqsəd gənclərin intellektual səviyyəsini, dünya görüşünü və vətənpərvərlik hissini gücləndirməkdir.

 

Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Heydər Əliyev adına Ali Hərbi Məktəb, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandalarının iştirak etdiyi yarışda, gənclər ilk öncə FHN-in Akademiyasının Heydər Əliyev Mərkəzində olublar.

 

Yarışda iştirakçılar hər birində dörd komanda olan iki qrupda biliklərini sınaqdan keçiriblər.

 

Maraqlı rəqabət şəraitində keçən yarışın final mərhələsində uğurla çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin komandası qalib adını qazanıb. Daxili İşlər Nazirliyinin Polis Akademiyası komandası II, Bakı Ali Neft Məktəbinin  komandası isə III yerləri tutub.  

 

Sifai SƏFƏROVA