Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilən açıq paytaxt birinciliyinə yekun vurulub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan yarışda U-16 və U-14 yaş kateqoriyasında qızların mübarizəsində “Neftçi İK” və Təhsil RİOEUGİM komandaları qələbə qazanıblar. Oğlanlar arasında isə U-12 kateqoriyasında Təhsil RİOEUGİM-in yetirmələri birinci yeri tutublar.

 

Qeyd edək ki, ilk dəfə açıq birincilikdə iştirak edən Gəncənin 1 nömrəli UGİM məktəbinin komandası (U-14 qızlar) yarışın bürünc medallarına layiq görülüb.

 

 

Sifai SƏFƏROVA