“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin çərçivəsində ikinci mərhələdə iştirak hüququ qazanmış namizədlər qiymətləndirilib.

 

Qiymətləndirmədə 325 nəfər iştirak edib. Namizədlərə elektron formada 30 sualdan ibarət məntiqi tapşırıqlar təqdim edilib, həmçinin ilk dəfə olaraq psixoloji testə  cəlb olunublar.

 

İkinci turdan uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.  Namizədlərin nəticələri ilə bağlı məlumatlar onlayn ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək.

 

Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə elan etdiyi layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil  işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.

Bölmənin digər xəbərləri