Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı məktəbi arasında birgə bəyannamə imzalanıb.

“Təhsil” televiziyasının “Təməl” verilişində bəyannaməyə əsasən tərəflər üçün yaradılacaq imkanlar haqqında məlumat verilir.

Verilişin qonaqları Corc Vaşinqton Universitetinin layihə direktoru Sevinc Məmmədova və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədlidir.