İyulun 13-də biologiya və coğrafiya fənləri üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.

 

Qeyd edək ki, iyulun 12-də biologiya fənnindən keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanda namizədlərdən Aysel Əsgərova 58 bal toplayaraq yüksək nəticə göstərib. Aysel Əsgərova Bakı Dövlət Universitetinin məzunudur.

 

İmtahanlar iyulun 24-dək davam edəcək.