7-14 iyul 2019-cu il tarixlərində İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. Azərbaycanlı məktəblilərin də iştirak etdiyi olimpiadaya 80 ölkədən təxminən 400 şagird qatılıb.

 

Ölkəmizi təmsil edən şagirdlərdən Cəlilabad şəhəri 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadada uğurla iştirak edib. Merac Məmmədov bürünc medala layiq görülüb.