İyulun 16-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlərin imtahanları davam edir. İmtahanlarda 3 280 namizədin iştirakı gözlənilir.

 

Qeyd edək ki, ötən gün keçirilən ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 879 namizəd iştirak edib.Namizədlərdən Sevinc İsmayılova, Aytac Binnətli, Sahibə Rəhimova və  Elgün Şahbazov 57 bal toplayaraq ən yüksək nəticə göstərib.

 

İmtahanda iştirak edən 1 216 namizəd 36 bal, 246 nəfər isə 48 baldan yüksək nəticə əldə ediblər. 

 

İmtahanlar iyulun 24-dək davam edəcək.