Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bakalavriat səviyyəsinin tələbələri üçün keçirilən “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbində növbəti mühazirə “FAO və aqrar sahənin innovativ inkişafı” mövzusuna həsr edilib.

 

Mühazirə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak tərəfindən aparılıb.

 

M.Çakmak BMT-nin ixtisaslaşmış təşkilatlarından biri kimi FAO-nun strukturu, fəaliyyət sahələri, strateji məqsədləri, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu, həyata keçirilən proqramlar və layihələr, Ofisi tərəfindən yerinə yetirilmiş işlər və digər məsələlər barədə danışıb.

 

Diskussiya şəraitində baş tutan mühazirə zamanı tələbələrin verdiyi suallar da cavablandırılıb.