Ölkənin ən gənc magistrantı, 19 yaşlı Nigar Veysəlova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) təhsil alacaq.

 

Qeyd edək ki, N.Veysəlova Bakı Dövlət Universitetinin (BDU) məzunudur. O, nanomateriallar kimyası ixtisası üzrə respublikada ən yüksək bal (131 bal) toplayıb. Nigar magistratura təhsilini Azərbaycan elminin ən qocaman, bu il 90 illik yubileyini qeyd edəcək akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda almağa qərar verib və Dövlət İmtahan Mərkəzi onun bu seçimini təsdiqləyib.

 

Bununla bağlı gənc magistrant NKPİ-də olub, bu elmi müəssisənin direktoru, akademik Vaqif Abbasovla görüşüb. V.Abbasov N.Veysəlovanı magistraturaya daxil olması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.