Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2019-cu il iyulun 14-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

 

İmtahanda iştirak etmiş abituriyentlər imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə buradan https://eservices.dim.gov.az/2019/netht_hl/?frm=egov tanış ola bilərlər.

 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

Qeyd edək ki, imtahanda iştirakı gözlənilən 1759 abituriyentdən 28 nəfər imtahanda iştirak etməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.