Avrasiya Universitetinin Tərcümə kafedrasının bir qrup ingilis dili müəllimələri və Azərbaycan Dillər Universitetinin (ADU) müəllimləri üçün təşkil olunmuş TKT (Teaching Knowledge Test) təlimi yekunlaşıb.

 

ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzində təşkil olunan təlimin sonunda iştirakçılara universitet rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, TKT təlimində iştirakçılar ilk növbədə peşəkar sahədə biliklərini artırırlar. Bu təlim müəllimlik peşəsinə başlayanlar üçün də gərəkli təlimdir. TKT gənc müəllimlərə metodikanın əsaslarını daha sistemli və müasir tələblərə uyğun şəkildə təqdim edir. Təlimin üstünlüklərindən biri də sonda iştirakçıların beynəlxalq sertifikat əldə etmək imkanıdır.

 

Onu da nəzərə çatdıraq ki, Dil və Tərcümə Xidmətləri Mərkəzi daha əvvəl Azərbaycan Dövlət Peqaqoji Universitetinin bir qrup ingilis dili müəllimlərinə də TKT təlimini uğurla keçib.