AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) oxucular üçün yeni xidmət təqdim edir.

 

Belə ki, oxucuların çoxsaylı müraciətlərini nəzərə alaraq, MEK 18 İyul 2019-cu il tarixindən etibarən “Birgünlük oxucu xidməti”nə başlayıb.

 

Daimi davam edəcək bu xidmətdən yararlanmaq üçün oxucular şəxsiyyət vəsiqəsi ilə kitabxanaya müraciət edərək, 1 AZN ödəməklə qeydiyyatdan keçib, 1 günlük oxucu kartı əldə edə bilərlər.