Bu il müəllimlərin işə qəbulu imtahanlarında 33 namizədin imtahan nəticəsi ləğv olunub. Bunu Təhsil Nazirliyinin Insan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bu gün keçirilən mətbuat konfransında deyib.

 

Şöbə müdiri bildirib ki, onların imtahan nəticəsinin ləğvinə səbəb imtahan qaydalarını pozmasıdır. “Ən çox rast gəlinən qayda pozuntuları köçürməyə cəhd etmə, yanındakı namizəd ilə danışmadır. Eyni zamanda başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd də olub və bunun qarşısı alınıb. Bəzi hallarda namizədlər tərəfindən imtahana telefon ilə deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri olub. Bütün sadalanan hallara yol verdiyinə görə 33 nəfərin imtahan nəticəsi ləğv edilib”,-deyə M.Camalzadə nəzərə çatdırıb.