Dövlət İmtahan Mərkəzi (DİM) musiqi sənəti istiqaməti üzrə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün musiqi nəzəriyyəsi və solfecio fənni üzrə imtahan vermiş abituriyentlərə müraciət edib.

 

Müraciətdə bildirilib ki, qeydiyyat zamanı bir neçə komissiya üzrə qeydiyyatdan keçən və bu komissiyalar üzrə qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər musiqi nəzəriyyəsi və solfecio fənnindən qeyri-məqbul qiymət aldıqları halda onlar üçün təkrar test imtahanı keçiriləcək. İmtahan iyulun 27-də saat 12:00-da DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asya Universitetinin binası) təşkil ediləcək. Bu imtahanın nəticəsi 38 və 48-ci komissiyaların nəticəsini dəyişdirməyəcək.

 

DİM-dən o da bildirilib ki, iyulun 23-də keçirilmiş imtahanda iştirak etməyən abituriyentlər bu imtahana buraxılmayacaq.