Bakı Dövlət Universiteti (BDU)100 illik yubileyi münasibətilə “BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi elan edir.

 

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

 

-  Fotolar universiteti əks etdirməli, orijinal və məzmunlu olmalıdır; 

 

-  Fotolar aydın və keyfiyyətli olmalıdır;

 

-  İştirakçılar müsabiqəyə ən çox 3 foto göndərə bilərlər;

 

- İnternetdə, saytlarda, həmçinin kitablarda istifadə edilmiş fotolar müsabiqədə  iştirak etməyəcək.

 

Fotolar 2019-cu ilin sentyabrın 30-na kimi [email protected] ünvanına “mövzu” yerinə “foto-müsabiqəyə” qeyd edilməklə göndərilməlidir.

 

Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillərə baxılmayacaq. 

 

Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutanlara mükafatlar və diplomlar, fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcək.