Azərbaycan Tibb Universitetinin (ATU) histologiya, embriologiya və sitologiya kafedrasının baş müəllimi Günel Əyyubova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa Sinir Elmləri Cəmiyyətləri Federasiyasının (FENS - Federation of European Neuroscience Societies) regional forumuna qatılıb.  FENS-ə üzv olan Avropa ölkələrinin Sinir Elmləri Cəmiyyətlərinin nümayəndələri də daxil olmaqla dünyanın 60-dan çox ölkəsindən mütəxəssislər, alimlər iştirak edən tədbirdə poster təqdimatı ilə çıxış edən Günel Əyyubova Avropa və Beynəlxalq Neyrokimya Cəmiyyəti (European Society for Neurochemistry, International Society for Neurochemistry) və FENS-in üzvü seçilib.

 

Sifai SƏFƏROVA