Ali məktəblərə qəbul olunan və ödənişli təhsil alan tələbələr təhsil haqlarını yarımilliklər üzrə ödəyə biləcək.

 

Tələbələri sevindirəcək bu qərar Təhsil Nazirliyinin kollegiyasında verilib. Kollegiyanın qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar.