UNEC-ə qəbul olan abituriyentlərin qeydiyyatı  və sənədlərin qəbulu 27 avqust saat 17:00-da bitəcək. Bu barədə UNEC-dən məlumat verilib.

 

Abituriyentlərin universitetdə qeydiyyatı onların iştirakı olmadan aparılmır.

 

Qeydiyyat UNEC-in 2 saylı tədris binasında (Həsən Əliyev, 135, Gənclik və Nəriman Nərimanov metrostansiyalarının yaxınlığında) təşkil olunur.