Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr veriləcək.

 

AZƏRTAC xəbər verir ki, hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub.

 

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir və onlar sentyabrın 15-dək qeyd olunan birinci sinif şagirdlərinə çatdırılacaq.

 

Qeyd edək ki, Fond “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il  aztəminatlı  ailələrin  birinci  sinif  şagirdlərinə  çanta  və  müxtəlif məktəb ləvazimatları hədiyyə edir.