Göygöl rayon Bəhrəmbağ kənd ümumi orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədovanın verdiyi məlumata görə, bilik yarışınn keçirilməsində məqsəd şagirdlərin istedadını, intellektual səviyyəsini, müzakirə, təhliletmə, nitq, təqdimat qabiliyyətini üzə çıxarmaq və Azərbaycan tarixi haqqında biliklərini dərinləşdirməkdir.

 

Şagirdlər “Cəsurlar”, “Zəka”, “Günəş”, “Qartal” və “Bilik” adlı 5 qrupa bölünərək təqdim olunan  sualları cavablandırıblar.

 

Nəticədə yarışın qalibi “Qartal” komandası olub.

 

Qalib komanda məktəb rəhbərliyi tərəfndən fəxri fərmanla təltif olunub.

 

 Şakir CƏFƏROV