Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin  media təqdimatını davam etdirir.
 
 
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran rayonu M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə coğrafiya fənnini tədris edən Osman Osmanova həsr olunur.  2004-cü ildən bu məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan Osman Osmanov deyir ki, yaxşı müəllim olmaq üçün ilk növbədə şagirdlərin sevgisini qazanmaq lazımdır. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 54 bal toplayıb.
 
 
Osman müəllimin şagirdlərindən biri 2018-ci ildə coğrafiya fənni üzrə respublika fənn olimpiadasında qızıl medal qazanıb. Bir neçə şagirdi isə olimpiadan;n final turunun iştirakçısı olub.
 
 
15 ildir pedaqoji fəaliyyət göstərən Osman Osmanov 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Bölmənin digər xəbərləri