Hər bir insanın hafizəsində dərin iz buraxan,  ömürboyu minnətdarlıq hissi ilə xatırladığı bir isim var- MÜƏLLİM! O, bilik xəzinəsinin qapılarını üzümüzə sevə-sevə, səxavətlə açan ADAMDIR! Dərin savadı ilə ədəb-ərkanının, nümunəvi rəftarının harmoniyasında mükəmməl bir peşə sahibidir!      

 

O, məktəbdə, ali təhsil auditoriyasında bəzən də ana olur, ata olur;  bəzən dost olur! Başlıcası isə, zəngin biliklər öyrədir, gərəkli təcrübə paylaşır və səni şəxsiyyət kimi yetişdirib   kamillik mərtəbəsinə qaldırır.  Onun bütün peşələrdən üstün fərqi budur: cəmiyyətə, dövlətə  savadlı nəsil,  gələcək üçün vacib kadrlar  hazırlayır. Bütün peşə adamlarını məhz o, yetişdirir. Hətta müəllimin özünü belə! Bu ixtiyar və bütün lazım olan məziyyətlər məhz ona verilir. Müəllim adı buna görə ucada dayanır. Müəllim peşəsi buna görə şərəflidir.

 

Əziz müəllimlər, peşə bayramınız mübarək! Sizə fəaliyyətinizdə uğurlar arzulayırıq! Siz həyatın bütün gözəlliklərinə, bütün gözəl kəlmələrə layiqsiniz!