Naxçıvan Dövlət Universitetində “İsa Həbibbəyli və Naxçıvan Dövlət Universiteti” adlı tədbir keçirilib.

 

Universitetin rektoru Saleh Məhərrəmov akademik İsa Həbibbəyli haqqında ətraflı məlumat verərək, onun müxtəlif mövzulara həsr olunan 12 monoqrafiya, 2 mindən çox elmi məqalə, çoxsaylı tədqiqatların müəllifi, eləcə də bir sıra kitabların redaktoru, elmi məsləhətçisi olduğunu diqqətə çatdırıb.  Alimin əsərlərinin ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Türkiyə və başqa ölkələrdə nəşr edildiyi, həmçinin,  20 ilə yaxın rektorluq etdiyi Naxçıvan Dövlət Universitetinin ölkəmizdə və dünyada tanıdılmasında göstərdiyi misilsiz xidmətləri vurğulanıb.

 

Universitetin  Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev, Sosial İdarəetmə və Hüquq  fakültəsinin dekanı Qərib Allahverdiyev, Xarici dillər və Beynəlxalq Əlaqələr fakültəsinin dekanı Yusif  Hüseynov və digər çıxış edənlər akademik İsa Həbibəylinin ictimai-siyasi fəaliyyətindən və elmi nəaliyyətlərindən danışıblar. Bildirilib ki, onun dövlətçiliyimizin möhkəmləndirilməsində, azərbaycançılıq ideologiyasının təbliğində, elm və təhsilin inkişafında xidmətləri misilsizdir.

 

Sonra çıxış edən Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına ədəbiyyat institutunun direktoru, əməkdar elm xadimi, akademik  İsa Həbibbəyli birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğu üçün ölkə başçısına və Muxtar Respublikada 70 illik yubileyi münasibəti ilə  keçirilən tədbirlərə görə,  Naxçıvan Ali Məclisinin sədrinə minnətdarlığını bildirib. Akademik “Molla Nəsrəddin jurnalı” kitabını universitetə hədiyyə edib.