Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji və Təbiət və incəsənət fakültələrinin tələblərinin valideyinləri ilə görüş keçirilıb.

 

Görüşdə institutun rektoru Elbrus İsayev  dövlət tərəfindən elmə, təhsilə verilən qiymət, yüksək maddi-texniki bazaya malik təhsil ocaqlarının inşası, gənc nəslin savadlanması üçün hər cür şəraitin yaradılmasından danışıb, valideynlərlə ali təhsil ocağı arasında sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Rektor günün tələblərindən biri olan bu əməkdaşlığın tədris prosesinə müsbət təsir edəcəyini bildirıb.

 

Tədbirdə institutun prorektoru Azad Novruzov çıxış edərək, tələbələrin institutun daxili nizam – intizam qaydalarına riayət etməsi, onların ali məktəbin kitabxanasından istifadə etmələri, həmçinin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

 

Pedaqoji fakültənin dekanı  Arif Ağalarov, Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev və digər müəllimlər kredit sistemi, kollokviumların keçirilməsi, qiymətləndirmə meyarları, sərbəst işlərin yerinə yetirilməsi və s. məsələlərlə bağlı valideynləri məlumatlandırıb.