2019-2020-cu tədris ilində SABAH qrupları  ölkənin 11 ali təhsil müəssisəsində 6 istiqamət üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) fəaliyyət göstərir. Hazırda bu qruplarda 35-dən artıq ixtisas üzrə 2400-dən çox tələbə təhsil alır.

 

Qeyd edək ki, 2018-2019-cu tədris ilində SABAH qruplarından 31 ixtisas üzrə 701 tələbə məzun olub. Məzun olmuş tələbələrin nəticələri 2017-2018-ci tədris ili ilə müqayisədə daha yüksək olub. Məzunlardan 287 nəfər Azərbaycanda, 136 nəfər isə xaricdə magistratura təhsili alır.

 

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. SABAH qrupları ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır.