“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinin coğrafiya müəllimi Cəmilə Əliyevaya həsr olunub. O, 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 50 bal toplayıb.

 

Cəmilə Əliyeva deyir ki, dünyanı kəşf etmək arzusu onun coğrafiya müəllimi olmaq istəyini, bu fənnə olan sevgisini daha da artırıb. Şagirdlərinə də bu sevgini aşılmağa çalışan Cəmilə müəllim deyir ki, hər müəllim bu peşənin müqəddəsliyini və məsuliyyətini dərindən dərk etməlidir. Çünki hər bir şəxsin həyatda formalaşmasında, tərbiyələnməsində müəllimin əməyi, zəhməti çox böyükdür.

 

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

 



Bölmənin digər xəbərləri