Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Xızı rayonu Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbindəndir.
Məktəb 1924-cü ildə fəaliyyətə başlayıb. Ümumi təhsil müəssisəsi 2013-cü ildə əsaslı təmir olunub. Ümumtəhsil məktəbində 530-a yaxın şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur.
2018-2019-cu tədris ilində məktəbi bitirən 17 nəfərdən 9-u tələbə adını qazanıb.
"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
![“Məktəbimizdə” - fotorubrika](photos/04-18.11.19-5.jpg)
![“Məktəbimizdə” - fotorubrika](photos/04-18.11.19-7.jpg)
![“Məktəbimizdə” - fotorubrika](photos/04-18.11.19-11.jpg)