Zəyəm Texnologiyalar Parkı (ZTP) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında memorandum imzalanıb. Əməkdaşlıq memorandumunu ZTP-nin baş direktoru Elxan Hacıyev və UTECA-nın rektoru, professor Akif Süleymanov imzalayıblar.

 

Sənəddə təcrübə və imkanlardan qarşılıqlı faydalanma, elmi-praktik əlaqələrin qurulması, texnologiya transferinin həyata keçirilməsi, kadr hazırlığı və s. məsələlər oz əksini tapır.

 

Bununla da UTECA-nın  Müştəriyə Yönəlmə Proqramı (MYP) çərçivəsində əməkdaşlıq etdiyi müəssisələrin sayı 33-ə çatıb.

 

Qeyd edək ki, ZTP  ASC Şəmkirdə yerləşir. Layihələndirmə işlərini həyata keçirən zavodda təzyiq altında tutumlar, qaldırıcı qurğular, istilik qazanları, yeraltı və yerüstü çənlər, müxtəlif növ kənd təsərrüfatı texnikası, müasir tipli istixana kompleksləri və bina-körpülərin ağır metal konstruksiyaları istehsal edilir. Müəssisə Avropa və Asiya istehsalı olan ən son texnoloji avadanlıqlarla təchiz olunub.