Təhsil TV-nin “Dövlət Proqramı məzunları” rubrikasının budəfəki qonağı uroloq-androloq Araz Bayramovdur.  Avropa Uroloqlar Cəmiyyətinin üzvüdür. 2005-2010-cu illərdə Lion (Lyon) Universitetinin Mərkəzi Xəstəxanasının Urologiya və Cərrahi Transplantasiya şöbəsində uroloq-cərrah kimi çalışıb. 
 
 
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2008-2010-cu illərdə Fransanın Paris-Sud Universitetində urologiya və orqan köçürmə  ixtisası üzrə magistratura təhsili alıb. Hazırda "Real Hospital"da çalışır.