AMEA Botanika İnstitutunun “Ekosistemlərin fitososiologiyası” laboratoriyasının kiçik elmi işçisi Emin  Hüsüyev Azərbaycan  Dövlət Aqrar Universitetində (ADAU) “Bitki xəstəliklərinin diaqnostikası və onların idarə olunması” mövzusunda keçirilən intensiv kursda iştirak edib.

 

ABŞ-ın İllinois Universitetinin professoru Mohammad Babadoost tərəfindən ingilis dilində keçirilən kurs nəzəri, praktiki və təcrübi hissədən ibarət olmaqla, 10 gün davam edib. Kurs müddətində iştirakçılara xəstəlik törədicilərin (Göbələk, Bakteriya, Virus və Nematod) inkişaf dövrü, çoxalma şəraiti, bitkilərdə yaratdığı xəstəliklər, bitkilərə qarşı toksikliyi, onlara qarşı mübarizə metodları və s. haqqında məlumat verilib və bu məlumatların mənimsənilməsini yoxlamaq məqsədiylə 4 dəfə test imtahanı keçirilib.

 

E.Hüsüyev imtahanın nəticələrinə əsasən, müvafiq dərəcəyə uyğun sertifikata layiq görülüb.