Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici dillər kafedrasının müəllimləri amerikalı həmkarlarının iştirakı ilə “Conversation Club” təşkil edir.

 

UNEC-dən bildirilib ki, "Conversation Club” 10 nəfərlik söhbət qruplarında baş tutur. Məşğələlər hər həftənin müxtəlif günləri fərqli saatlarda keçirilir. Bir müzakirənin müddəti 1 saatdır. Məşğələlər interaktiv metodlarla, prezentasiyaların hazırlanması, qrup halında debat və öyrədici xarakterli mövzuların ingilis dilində müzakirəsi formatında keçirilir.