Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaft və landşaft planlaşdırılması şöbəsinin rəhbəri, c.ü.f.d. Mirnuh İsmayılov Şamaxıda olacaq Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli Görüşdə iştirak edəcək.

 

Tədbir “Milli səviyyədə ekosistemlərin qiymətləndirilməsi vasitəsi ilə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökümətlərarası Elmi Yanaşmalar Platformasına (İPBES) dəstək” layihəsi çərçivəsində baş tutacaq.

 

Azərbaycanda ekosistemlərin qiymətləndirilməsinin həyata keçirilməsi məqsədini daşıyan tədbirdə “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli Platformanın” yaradılması nəzərdə tutulub.