Akademik Vaqif Abbasov AMEA-nın  Neft-Kimya Prosesləri İnstitutunda Xətai rayonu 249№-li tam orta məktəbin bir qrup şagirdini qəbul edib.

 

Akademik  şagirdlərlə maraqlı söhbət edib, onlara məsləhətlər verib,  onların  arzularını dinləyib və  verdikləri sualları cavablandırıb.

 

Təklif olunub ki, belə görüşlərdə şagirdlərin valideynləri də iştirak etsin və məktəblilərin elmi müəssisədə olması, alimlərin elmi söhbətlərini dinləməsi davamlı xarakter alsın. Çünki bu, yeniyetmələrin inkişafında, dünyagörüşünün formalaşmasında müsbət rol oynayır.