Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yaradıcılığına həsr olunan “Səninlə danışmaq istərəm” adlı ədəbi-bədii kompozisiya keçirilib.

 

Tədbir Pedaqoji fakültənin “Xarici dil müəllimliyi” ixtisasının rus dili üzrə təhsil alan tələbələrinin “Kitab günü” layihəsi çərçivəsində təşkil olunub.

 

Ədəbi-bədii kompozisiya BSU-nun “Arzu” rəqs ansamblının ifasında “Qarabağın maralı” rəqsinin nümayişi ilə başlanıb.

 

Sonra Pedaqoji fakültənin “Xarici dil müəllimliyi” ixtisasının rus dili üzrə təhsil alan tələbələri Leyla Əliyevanın şeirlərini rus dilində səsləndiriblər.

 

Tədbir çərçivəsində onun müəllifi olduğu rəsm əsərlərindən ibarət sərgi də keçirilib.  Ədəbi-bədii kompozisiyada isə ümummilli lider Heydər Əliyevə ithaf etdiyi “Elegiya” şeiri təqdim olunub.

 

Sonda tələbə-gənclərin ifasında rus dilində “Azərbaycan” mahnısı səsləndirilib.