Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında  31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş “Dünya ölkələrinin iqtisadi inkişaf perspektivləri” mövzusunda tələbə elmi-praktik konfransı keçirilib.

 

Akademiyanın Tədris və Elmi işlər üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Möhbalıyev bildirib ki, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik, həmrəylik yaratmaq işində mühüm rol oynayır və onun qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib. “Ümid edirik ki, siz gənclər mənəvi dəyərlərimizi unutmayacaq, dünya arenasında ölkəmizin nüfuzunun artması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz” -deyə prorektor tələbələrə xitab edib.

 

Elmi-praktiki konfransda iştirak edən tələbələrin müxtəlif mövzularda məruzələri dinlənilıb. İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru Vilayət İsmayılov “Dünya ölkələrinin iqtisadi inkişaf perspektivləri” mövzusunda tələbələrin etdiyi çıxışlara münasibət bildirib.  

 

Konfransın yekununda xüsusi qiymətləndirmə komissiyası seçilmiş işləri qiymətləndirib və məruzəçilər sertifikatla təltif olunub.