1 dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü” ilə əlaqədar olaraq Bakı şəhəri 9 nömrəli tam orta məktəbdə  “QİÇS əsrin bəlasıdır” adlı  gənclər arasında maarifləndirici tədbir keçirilib.

 

Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə  keçirilən tədbirdə 80 nəfər olmaqla məktəbin 8, 9 və 10-cu sinif şagirdləri, həmçinin müəllim kollektivi iştirak edib.

 

Tədbirdə QİÇS-lə bağlı məlumat verilib, videoçarx nümayiş olunub, iştirakçılara məlumatlandırıcı buklet, təqvim, broşür paylanılıb.

 

Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.