2019-cu ildə baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.

 

Belə ki, bu fəza hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da  başlayıb, 12:06-da yekunlaşacaq. Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq. 

 

Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.