Bakı Slavyan Universitetinin (BSU) Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və universitetin Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri  Yaşar Alxasov Moskva Dövlət Linqvistik Universitetində (MDLU) olub.  Onlar  Müstəqil Dövlətlər Birliyi (MDB) dövlətlərinin dil və mədəniyyət üzrə baza təşkilatının direktoru Vladimir Konev ilə görüşüblər.

 

BSU və MDLU nümayəndələri arasında keçirilən görüş zamanı Moskva ali təhsil müəssisəsində tərcümə üzrə kadrların hazırlanması, BSU tələbələrinin təcrübə və müəllimlərinin staj keçməsi ilə bağlı geniş məsələlər müzakirə olunub.

 

Sonra BSU-nun  nümayəndələri MDLU-da fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olublar. Mərkəzin direktoru, professor Zemfira Rüstəmova Azərbaycan dilinin xarici dil kimi öyrənilməsinin uğurları və problemləri barədə məlumat verib.