Bakı Mühəndislik Universitetinin (BMU) “YAP Gənclər Birliyi” və “Karyera klubu”nun təşkilatçılığı ilə “Xeyirsevərlərin Qış Möcüzəsi”  adlı xeyriyyə konserti keçiriləcək.

 

Konsertdə tanınmış ifaçıların, “Stand Up”çılar, rəqs qruplarının, sürpriz qonaqların çıxışları nəzərdə tutulur.

 

Konsert 22 dekabr 2019-cu il tarixində saat 14:00-da Xırdalan şəhəri Abşeron Mədəniyyət Mərkəzində baş tutacaq.

 

Qeyd edək ki, konsertdən əldə edilən vəsaitlə uşaq evlərinə, autizm, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım olunacaq.