Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışı keçirilib.

 

Yarışa dünyanın 9 ölkəsindən müxtəlif çəki dərəcələrindən olan idmançılar qatılıb. Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsinin 3-cü kurs tələbəsi Əli Hacıyev  bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.

 

AzTU-nun rektoru Vilayət Vəliyev idmançı tələbə və onun məşqçisi Hikmət Mahmudovla görüşüb, onları qələbə münasibətilə təbrik edib, gələcəkdə daha böyük uğurlar arzulayıb.