AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK ) “Azərbaycanın tanınmış qadınları “Vikipediya”da” mövzusunda təqdimat keçirilib.

 

Elmi kitabxananın Leyla İmanova MEK-in Azərbaycanda informasiyanın kontent təhlükəsizliyinin Vikipediya fəaliyyətini Milli Rəqəmsal Yaddaş bazasının formalaşdırılması ilə yanaşı, vacib komponentlərindən biri olduğunu bildirib.

 

O, Vikipediyanın Azərbaycan dil bölməsi üzrə statistikasının dinamikası, eləcə də fəaliyyət alqoritmi barədə məlumat verib. 
Sərbəst Ensiklopedik Resurslar şöbəsinin əməkdaşı Mahirə Niftullayeva Vikipediya Metodik Mərkəzinin komandasının həyata keçirdiyi böyük layihələri, qarşısında dayanan məqsədləri və “Azərbaycanın tanınmış qadınları Vikipediyada”  adlı layihəni təqdim edib.


Akademik İsa Həbibbəyli Azərbaycanda  son zamanlar  “vikipediya  fəaliyyəti” ifadəsi ilə yanaşı  “vikipediya hərəkatı” ifadəsinin  daha tez-tez səslənməsini, MEK Vikipediya Metodik Mərkəzi tərəfindən istənilən mövzunun əsaslı təhlil olunmasını və işlənilməsini,  komandanın həvəskarlıqdan peşəkarlığa qədər yol keçməsini vurğulayıb.

 

Müzakirələr zamanı Vikipediyanın Azərbaycan dil bölməsində məqalələrin sayının 152000-i ötməsi və 49-cu pilləyə qalxması,  Metodik Mərkəzin könüllüləri tərəfindən Vikipediyanın 15-dən artıq xarici dil bölməsində Azərbaycana dair məqalələrin yerləşdirilməsi, Vikipediyanın elmiləşdirilməsi səsləndirilib. 

 

Akademik İ.Həbibbəyli Vikipediyanın xarici dil bölmələrində fəaliyyətin gücləndirilməsini, məqalələrin daha çox etibarlı istinadlarla təmin olunmasını tövsiyə edib.
Sonda MEK-in Vikipediya Metodik Mərkəzinin bütün əməkdaşlarına Vikipediyanın Azərbaycan və xarici dil bölmələrində yaratdıqları məqalələrə, bununla da Azərbaycanda informasiyanın kontent təhlükəsizliyinə verdikləri  töhfəyə görə təşəkkürnamələr təqdim olunub.